aztelekom

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində FETÖ əməliyyatı keçirilib.

Globalinfo.az gununsesi.info-ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları nazirliyin tabeliyində fəaliyyət göstərən telekommunikasiya şirkəti olan Aztelekom-da iki şəxsi həbs edib.

Onların FETÖ-çu olduğu ehtimal edilir.

Həmin şəxslərə rəsmi ittihamın nədən ibarət olması bilinmir.

Məsələ ilə bağlı Aztelekom Gununsesi.info-nun sorğusunu qəbul etsə də cavablandırmayıb.

Globalinfo.az iyulun 24-də “Səs-küylü həbslər başladı: FETÖ əməliyyatında növbə kimindi? – Sürpriz adlar” başlıqlı məqalə dərc edib. Həmin məqalə Qubad İbadoğlunun və digər 4 nəfərin həbsinə həsr olunub. Məqalədə bildirilir ki, Azərbaycanda FETÖ ilə əlaqəsi olan şəxslərlə bağlı əməliyyatlar davam edəcək. Yazıdan sitat:

Globalinfo.az-a daxil olan məlumata görə FETÖ-ya bağlı şəxslərin siyahısı bunlarla bitmir. Türkiyə dövlətində səhih məlumatların olduğu, Ankaradan göndərilən siyahılar üzrə həbslərin davam edəcəyi istisna deyil. Deyilənə görə, yaxın vaxtlarda saxlanılan şəxslər arasında sürpriz adlara rast gəlinəcək”.

Paylaş: