1064469

“Moskva sülh müqaviləsinin imzalanması məsələsində Bakı və İrəvanı fəal şəkildə dəstəkləyir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Departamentinin direktor müavini Aleksey Zaitsev deyib.

O bunun üçtərəfli bəyanatın bəndlərindən biri olduğunu qeyd edib.

A.Zaitsev digər ölkələrin sülh prosesində iştirakı barədə suala cavabında Rusiya XİN-in departament direktoru Denis Qonçarın son açıqlamasını xatırladıb:

“Sabit razılaşmaya ehtiyacımız var, prosesi sürətləndirməyə gərək yoxdur”.

Qeyd edək ki, D.Qonçar sözügedən məsələ ilə bağlı açıqlamasında “Bu, gələcəkdə yeni münaqişə və faciələrə zəmin yaradacaq. Prioritet sürət yox, keyfiyyət olmalıdır. Qarşılıqlı şəkildə məqbul həll yolları tapılmalıdır” deyib.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: