Avqustun 10-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Globalinfo.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında yağmursuz, səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-28° isti, gündüz 36-41°, bəzi yerlərdə 42-43° isti, dağlarda gecə 16-21° isti, gündüz 29-34° isti olacaq.