362920830 6733454913340710 634152159634831014 n

“Qlobal Media və Siyasət Araşdırmaları” Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Xəbəri yoxlamamış İnanma! – saxta xəbərlərin yayılması və onlara qarşı mübarizə tədbirlərinin təşkili” adlı layihə çərçivəsində “Sosial Media və saxta xəbərlər” mövzusunda tədbir keçirilib.

Globalinfo.az xəbər verir ki, tədbiri açıq elan edən layihə və təşkilat rəhbəri Azər Abbasov layihə barədə məlumat verib.

Layihənin məqsəd və vəzifələri haqqında danışan Azər Abbasov saxta xəbərlərlə mübarizənin vacibliyindən bəhs edərək QHT və media arasında əlaqələrin vacibliyini xüsusi ilə vurğulayıb. O bildirib ki, saxta xəbərlər dövlətin və cəmiyyətin təhlükəsizliyini təhdid edən məsələdir. Ona görə də bu sahədə media, QHT, rəsmi qurumlar intensiv və sistemli fəaliyyət göstərməlidirlər.

Daha sonra layihə çərçivəsində hazırlanan sosial çarx vətəndaş cəmiyyəti fəalları və QHT rəhbərlərinə nümayiş etdirilib.

Azər Abbasov saxta xəbərlərlə mübarizə çərçivəsində hazırlanan sosial çarxın bütün sosial şəbəkələr vasitəsilə yayıldığını bildirib.
Daha sonra söz qonaqlara verilib. Tədbirdə çıxış edən qonaqlar layihə və sosial çarx haqqında fikir bildirərək layihənin davamının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, tədbir “Qlobal Media və Siyasət Araşdırmaları” İctimai Birliyinin bu il üzrə agentlik tərəfindən dəstəklənən layihəsi çərçivəsində sonuncu tədbirdir.

362677313 6733454906674044 7153753218822095822 n 365621100 6733454740007394 1396538177359751756 n

362967712 6733455063340695 6387936863120438052 n 364133695 6733454986674036 1683617666156140420 n

5f63cba5 1209 4bc7 b2bc a7433323eab2 1 53263f1e 147d 4e28 969e f0484da28dfe 1 c256f0a8 2d24 42d5 85d8 a65dff4956b0 1

Turan Rzayev
Globalinfo.az

Paylaş: