default

Polşada sentyabr ayının yekunlarına görə, inflyasiya ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,2 faiz təşkil edib ki, bu da 1997-ci ildə 17,8 faiz olan rekord keçib. Belə ki, qiymətlər 1,8 faiz artıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Polşanın Baş Statistika Xidməti məlumat yayıb.

Bu ilin oktyabrında isə 2021-ci ilin oktyabr ayı ilə müqayisədə inflyasiya 17,9 faiz təşkil edib.

2021-ci ilin oktyabr ayı ilə müqayisədə ərzaq məhsullarının və alkoqolsuz içkilərin qiymətləri 21,9 faiz, enerji daşıyıcılarının qiymətləri 41,7 faiz, daimi əhali istehlakçı qrupu üzrə yanacağın qiymətləri 19,5 faiz bahalaşıb.

2022-ci ilin sentyabr ayı ilə müqayisədə isə ərzaq məhsullarının qiyməti 2,7 faiz, enerji məhsullarının qiyməti 2 faiz, yanacağın qiyməti 4,1 faiz bahalaşıb.

Paylaş: