nakamura

Dünya Kuboku üçün Bakıya gələn və qaldığı oteldə susuz qalan şahmatçı Hikaru Nakamura oteli özü seçib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat verib.

“Otel təşkilatçı tərəfindən seçilmir, şahmatçı Hikaru Nakamura özü seçib və xərclərini də özü qarşılayır. Proses hər zaman bu formada olur. Şahmatçılara 4-5 otel təklif olunur və onlar da öz büdcələrinə və zövqlərinə uyğun otel seçirlər”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, şahmatçı Hikaru Nakamura Bakıda qaldığı oteldə susuz qalmasından şikayətlənmişdi.

***15:58

Məşhur amerikalı şahmatçı Hikaru Nakamura Azərbaycanda susuz qalıb.

Globalinfo.az xəbər verir ki, məşhur qrossmeyster bu barədə öz tvitter hesabında paylaşım edib.

“Nəhayət Beynəlxalq Şahmat Federasiyası (FİDE) Dünya Kuboku üçün Bakıdayam, amma duşdan su gəlmir… Əla başlanğıcdır”- deyə, paylaşımda qeyd olunur.

Hikaru Nakamuranın “Boulevard Marriott” otelində qaldığı deyilir.

Qeyd edək ki, bir neçə gün öncə Bakıda Şahmat üzrə Dünya Kubokunun açılış və püşkatma mərasimi keçirilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: