Moldovanın İnformasiya və Təhlükəsizlik Xidməti Rusiya Federal Təhlükəsizlik Xidməti ilə müqaviləni pozduğunu və Rusiya Xarici Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq sazişindən çıxmağa hazırlaşdığını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, artıq müqaviləyə xitam verilməsi ilə bağlı müvafiq hüquqi prosedur başladılıb.
Bu addımın atılmasına səbəb Kişinyovdakı Rusiya səfirliyinin binasında xüsusi antenlərin aşkarlanması olub. Sözügedən avadanlıq telefon danışıqlarının dinlənməsi üçün istifadə olunub.
Müvafiq xəbərdarlıq Rusiya hökumətinə də çatdırılıb.
Moldova İnformasiya və Təhlükəsizlik Xidmətindən bildirilib ki, sözügedən sazişlər Rusiya tərəfindən bu ölkənin xüsusi xidmət orqanları əməkdaşlarının Dnestryanı regionunda iştirakına haqq qazandırmaq üçün istifadə olunub.
Müvafiq addımla Moldova tərəfi sözügedən ehtimalı bloklayıb.
Tahir Turan
Globalinfo.az