ceyhun 1

Xarici işlər naziri Ceyhun Bayramov Ankaraya səfəri çərçivəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüşdə ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlər, regionda və dünyada baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

***17:42

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında iyulun 31-də Ankarada keçirilən görüşdə müzakirə olunan məsələlər açıqlanıb.

Globalinfo.az xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlıq və mövcud geosiyasi durum müzakirə olunub.

R.T.Ərdoğan və C.Bayramov həmçinin Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması prosesinin gedişatı barədə də fikir mübadiləsi aparıblar.

***16:35

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

Globalinfo.az xəbər verir ki, məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb.

Qeyd edək ki, C.Bayramov Türkiyədə rəsmi səfərdədir. O, iyulun 31-də Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Atatürkün Anıtqəbir məqbərəsini ziyarət edib.

Daha sonra C.Bayramov və H.Fidan arasında təkbətək və geniş tərkibdə görüş olub. Nazirlər danışıqlardan sonra birgə mətbuat konfransı keçiriblər.

WhatsApp Image 2023 07 31 at 16.54.29

Paylaş: