9b46097a de78 3e1c 9082 a6d5edb5e858 850

“İDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin üçüncü günündə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünlə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Sənayesi Nazirliyindən bildirilib.

Qeyd edilib ki, nazir Mədət Quliyev Haluk Görgünü yeni təyinatı münasibəti ilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı iki qardaş ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq əlaqələrinin bundan sonra da daha sıx davam etdirilməsi və digər maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb.

“İDEF – 2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində gələcəkdə milli döyüş təyyarələrinin istehsalı sahəsində həyata keçirilməsi planlaşdırılan birgə layihələrdə yer alacaq mühəndis texniki personalın hazırlanması məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyə Respublikasının “TUSAŞ” şirkəti arasında Niyyət Protokolu imzalanıb.

İmzalanma mərasimində Azərbaycan Respublikası müdafiə sənayesi naziri Mədət Quliyev, Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, sərgi çərçivəsində Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin Makina və Kimya Endüstrisi şirkəti arasında əməkdaşlıq protokolu da imzalanıb.

Müqaviləni Azərbaycan tərəfindən müdafiə sənayesi nazirinin müavini Vüqar Mustafayev, Türkiyə tərəfindən isə milli müdafiə nazirinin müavini Celal Sami Tüfekçi imzalayıblar.

864da1df 2a4f 3302 8005 977e3ab39930 aa4a2250 6766 36ee b1d1 32e854cb4e4f b9ea50f1 1612 3c7c be70 16414fd5a241 bba0ccb8 d760 31a1 8e26 88afb020f9ad 6ea0c9ff 42ee 3c88 adbc c0af9a09fe4e cffdab64 3de4 3f0c b689 1ebc0fc25328

Paylaş: