44322ee7 fbff 4a93 8c0b 02bfd311f51e

Ermənistandan Qarabağa göndərilən 400 ton yük daşıyan TIR-lar saatlardır Laçın sərhəd-buraxılış məntəqəsinin qarşısında gözləyir. 

Globalinfo.az xəbər verir ki, separatçıların nümayəndəsi Vardan Sarkisyan Bakının keçidə icazə verməməsilə yanaşı, rus sülhməramlılardan da cavab almadıqlarını bildirib.

“Biz yüklərin daşınması üçün rus sülhməramlılarına müraciət edərək kömək istəmişik, amma onlardan heç bir cavab yoxdur. Sülhməramlılardan cavab alana kimi gözləyəcəyik”-deyə, separatçı bildirib.

Qeyd edək ki, TIR-lar İrəvandan Qarabağa yola düşəndə Ermənistan rəsmiləri rus sülhməramlıların onlara birbaşa dəstək göstərəcəklərinə arxayın olduqlarını demişdilər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: