image 750x 64c14fcd73096

“Hər nə qədər təəccüblü görünsə də, azərbaycanlıların yerində olmaq istəyirəm, İlham Əliyev kimi prezidentimiz olsun”.

Globalinfo.az xəbər verir ki, bunu erməni jurnalist Zara Marqaryan deyib.

“İstəyirəm ki, ölkəmin rəhbəri əlini masaya qoyub “bizimdir” desin. Danışıqlarda Bayramov (Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu nəzərdə tutur-red.)kimi bir nümayəndəmiz iştirak etsin. Mən üç dili mükəmməl bilən bir rəhbərə sahib olmaq istəyirəm, ən azından sinxron tərcüməçinin nə üçün olduğunu anlamağı bacarsın. Arzu edirəm ki, rəhbərim danışıqlar zamanı düşməni alçaltsın, onu ələ salsın. Ölkəmin birinci xanımı evdə badımcan bişirməsin, həyat yoldaşı ilə yanaşı dayanıb Şuşada festivalın açılışını etsin”.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: