1690386500.90ad4518 cea1 426d 82c0 ff9c015ea073

Ermənistan tibbi təxliyələr və tədarükün mümkün olduğu Laçın yolu məsələsi üzrə siyasi manipulyasiya və spekulyasiya ilə məşğuldur.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Aİ ölkələrinin, həmçinin Türkiyə, ABŞ və İsveçrə səfirlərinin iştirakı ilə keçirilən görüşdən sonrakı Tvitter paylaşımında bildirib.

Hikmət Hacıyev qeyd edib ki, Brüssel görüşündə Ağdam-Xankəndi yolunun daha çox çatdırmalar üçün istifadə edilməsi ilə bağlı razılıq əldə edilib. Prezidentin köməkçisi əlavə edib ki, bu məsələ həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin bəyanatında da vurğulanıb.

Hikmət Hacıyev qeyd edib ki, Ermənistanın Ağdam yolundan imtina edərək yalnız Laçın yolundan istifadədə israr etməsi və məsələni siyasiləşdirməsi qəbuledilməzdir.

64c13f2b2ba0d64c13f2b2ba0e169038621964c13f2b2ba0b64c13f2b2ba0c 64c13f2b1789d64c13f2b1789e169038621964c13f2b1789b64c13f2b1789c

Paylaş: