“Sabah” Latviyada qələbə qazandı

"Sabah" Latviyada qələbə qazandı

“Sabah” avrokuboklardakı ilk debüt oyunundaca qalib gəldi: 2-0. Cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək.

***

“Sabah” Volkovun qolu ilə 56-cı dəqiqədə fərqi artırdı: 0-2.

***

Letiç matçın 22-ci dəqiqəsində “Sabah”ı hesabda irəli çıxardı: 0-1.

***

RFŞ – “Sabah” matçı start götürdü.

***

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək RFŞ və “Sabah” komandalarının start heyətləri bəlli olub

Globalinfo.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

RFŞ: 1. Pavel Şteynbor, 7. İsmael Diomande, 10. Emerson, 11. Roberts Savaļniyeks. 17. Sedrik Kuadio, 19. Andrey İliç, 23. Herdi Prenqa, 25. Pyotr Mareş, 26. Stefan Panits, 27. Adam Marxiyev, 43. Jiqa Lipuşçek

“Sabah”: 1. Yusif İmanov, 2. Amin Seydiyev, 3. Con İrasabal, 44. Sofian Çakla, 7. Boyan Letiç, 4. Elvin Camalov, 10. Aleksey İsayev, 15. Kristian da Silva, 18. Davit Volkov, 9. Anatoli Nuriyev, 77. Namik Ələskərov

Qeyd edək ki, bu gün Yurmaladakı “Sloka” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.