Novella Cəfəroğlu intihar etdiyi deyilən Turalə haqda danışdı

Novella Cəfəroğlu intihar etdiyi deyilən Turalə haqda danışdı

Mingəçevir şəhər Prokurorluğunda intihar etdiyi deyilən 32 yaşlı Turalə Aslanova ilə bağlı mövzu aktual olaraq qalır. Ailəsi onun öldürüldüyünü iddia edir.

Maraqlıdır, hüquq müdafiəçiləri intihar etdiyi deyilən sabiq polis əməkdaşı Turalə Aslanovanın ailəsi ilə maraqlanırmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Komitəsinin sədri Novella Cəfəroğlu deyib ki, Turalənin başına gələnlər haqqında məlumatlıdır:

“Hadisə ilə bağlı araşdırma aparmışam və prosesi izləyirəm. Hazırda istintaq davam edir. Hadisədə iştirakı və ya payı olan şəxslərin məsuliyyətə cəlb ediləcəyini düşünürəm”.

N.Cəfəroğlu deyib ki, hadisənin ictimaiyyətdə də geniş reaksiya doğurduğundan xəbərdardır:

“Hesab edirəm qızı o günə gətirənlər həbs cəzası almalıdır. Amma birbaşa korrupsiya halı da var. Bu pulların haradan, necə gəldiyi suallarına aydınlıq gətirilməyib. Hər halda iş davam edir və biz də proseslə maraqlanırıq”.

Turan Rzayev
Globalinfo.az