avtos 89

Masallıda toy karvanında avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Globalinfo.az DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupuna istinadən xəbər verir ki, idarə etdiyi nəqliyyat vasitəsinin tanınmaması üçün dövlət qeydiyyat nişanlarını açan şəxs müəyyən edilib.

Masallı RPŞ-nin DYP bölməsinin keçirdiyi tədbirlərlə saxlanılan sürücünün rayon sakini Orxan Məmmədov olduğu müəyyən edilib. Həmin şəxs idarə etdiyi, üzərində dövlət qeydiyyat nişanları olmayan “VAZ-21074” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Sonradan isə həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb. Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.

O.Məmmədov sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.

1760dc06 0c3c 4cea b6ca 8d793454d2d3fd6b24d1 edc0 4558 a690 cce0c0d56018

Paylaş: