pashinyan s neoliberal reforms

“44 günlük müharibə başlayana kimi Ermənistanın hərbi texnika, silah-sursat üçün 608 milyard dram pul xərclədiyi deyilir, bəs onları biz niyə görmədik?”

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.

Erməni deputat hökumətin müharibə zamanındakı açıqlamaları ilə əvvəlki dövrdə verilən məlumatların üst-üstə düşmədiyini bildirib:

“2018-2020-ci illərdə orduya milyardlarla dram dəyərində texnika, silah-sursat alındığı açıqlanır. Amma bunların hansı texnikalar olduğu, hər birinin qiymətinin nə qədər təşkil etdiyi ilə bağlı məlumat verilmir. Müdafiə Nazirliyinə məsələ ilə bağlı dəfələrlə məktub ünvanlamışam, amma cavab yoxdur. Hökumət sənəd üzərində satınalmanı və miqdarı göstərir, amma döyüş zamanı cəbhədə silah çatışmazlığının olduğunu iddia edir. Nə baş verir?

Anlayıram, məxfi hesabatla bağlı məlumatlar qapalı formada təqdim edilib. Amma milyardlarla drama hərbi ehtiyacların qarşılandığı açıqlanırsa, amma müharibədə məğlubiyyətimizə sursat və texnika çatışmazlığı əsas göstərilirsə, hesabat verilməlidir. Lakin hökumət bundan yayınır, nazirliyin də günahı yoxdur, tapşırığı Paşinyan hakimiyyəti verir”.

“2018-20-ci illərdə Paşinyan hökumətinin əsas satınalmaları İordaniyadan Su-30 və hava hücumundan müdafiə Osa AK sistemlərinin alınması ilə bağlı olub.
Həmin müddət ərzində başqa satınalmalar da olub ki, bu barədə rəsmi açıqlama verilməyib. Amma mən şəxsən bundan xəbərdar idim, lakin bura xərclənən pulun təqdim edilən rəqəmlərlə əlaqəsi yoxdur” – deyə, o bildirib.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: