Rusiya son günlər dünya neft bazarlarında nüfuz uğrunda mübarizədə qalib gəlib.
Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” yazıb.
Nəşr bildirib ki, Rusiya nefti Qərbin təyin etdiyi qiymət tavanından yuxarı qiymətə satılıb:
“2022-ci ilin dekabrından bu yana ilk dəfədir ki, “Urals” markalı neftin qiyməti bir barrel üçün 60 dollar həddini keçib”.