Ötən gün “Euronews” telekanalının müxbiri Anneliz Borxesin “Laçın” postunu ziyarət etməsi erməniləri qəzəbləndirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
Jurnalistin prosesə obyektiv yanaşması ermənilərin hiddətinə səbəb olub. Belə ki, A.Borxes hazırda bölgədə heç bir blokadanın olmadığını və Azərbaycan tərəfinin sadəcə yoxlamalar apardığını bildirib.
Təbii ki, prosesə manipulyasiya prizmasından baxan ermənilər üçün obyektiv yanaşma qəbuledilməz hesab olunub.