64bc28246598764bc282465988169005264464bc28246598564bc282465986

Yunanıstanın Rodos adasındakı meşə yanğını evlərə və 3 hotelə çatıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə ERT-1 telekanalı məlumat yayıb.

Məlumata görə, bütün turistlər əvvəlcədən təxliyə edilib, ölən və yaralananlar barədə məlumat yoxdur.

Hadisə yerinə 40 yanğınsöndürən maşın, beş təyyarə və üç helikopter cəlb olunub.

Məlumata görə, güclü külək, yüksək temperatur və quraqlıq səbəbindən alov adanın mərkəzi-şərq tərəfindəki sahilləri bürüyüb.

Sahil mühafizə gəmiləri və 20-dən çox şəxsi qayıq Kiotari və Lardos ərazilərinə yaxın çimərliklərdə köməksiz qalanların təcili təxliyəsini həyata keçirir.

Yanğın təhlükəsi altında olan bir sıra kəndlərin sakinləri də təxliyə edilib.

Ümumilikdə minə yaxın insan təhlükəsiz əraziyə aparılıb.

 

Paylaş: