Xəbər verdiyimiz kimi, oktyabrın 28-də Qazaxıstanın paytaxtı Astanada Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının iclası keçirilib. Baş nazir Əli Əsədov iclasda iştirak edib.
Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, Əli Əsədov Astanada Azərbaycan barədə qərəzli və məntiqsiz ittihamlar irəli sürən Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanı susdurub.
Baş nazir bildirib ki, Azərbaycan ərazisində heç bir Dağlıq Qarabağ yoxdur, Qarabağ iqtisadi bölgəsi var.
““Əxlaq” deyilən fəlsəfi anlayış var. Bu, insanlara da, dövlətlərə də aiddir. Azərbaycan ərazilərini 30 il işğalda saxlamış ölkə indi sərhədlərin pozulmasından danışır”, – deyə Ə. Əsədov əlavə edib.














