Brüsseldə məsələ qaldırdım, Əliyev razı olmadı – Paşinyan

Brüsseldə məsələ qaldırdım, Əliyev razı olmadı - Paşinyan

“İyulun 15-i Brüsseldə keçirilən üçtərəfli görüşdə Laçın dəhlizinin açılması məsələsi gündəmə gətirilsə də, heç bir nəticəsi olmadı”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Görüş zamanı Azərbaycan və Emrənistan bir-birilərinin 86,6 min və 29,8 min kvadrat kilometr ərazi bütövlüklərini tanıdıqlarını bir daha təsdiqlədilər. Sərhədlərin delimitasiya və demarkasiyası məsələləri də gündəmə gətirildi. Yaxın gələcəkdə demarkasiya işlərinin kartoqrafik əsaslarını dəqiqləşdirməliyik”, – o bildirib.

Qeyd edək ki, son olaraq iyulun 15-i Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.

Ayşən Mustafa
Globalinfo.az