İki oğlu şəhid olan atanın evi tikiləcəkmi? – Rəsmi açıqlama

 

İki oğlu şəhid olan atanın evi tikiləcəkmi? - Rəsmi açıqlama

Quba rayon Dərk kənd sakini 90 yaşlı Mahur Məhərrəmov Baku-TV-yə müsahibəsi zamanı evləri yandıqdan sonra 7 nəfər ailə üzvü ilə birlikdə qonşularının evində gecələdiklərini bildirib. Qeyd edilir ki, 90 yaşlı atanın hər iki oğlu Birinci Qarabağ müharibəsində şəhid olub. Maraqlıdır, şəhid ailəsi evlə təmin olunacaqmı?

Məsələ ilə bağlı Globalinfo.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq bildirilib ki, qanunvericiliyə əsasən, imtiyazlı şəxslər üçün fərdi ev tikintisi onların təqdim etdiyi torpaq sahəsində həyata keçirilir:

“Sözügedən vətəndaşımızın əvvəlki evinin yerləşdiyi torpaq sahəsinə əməkdaşlarımız baxış keçiriblər. Ərazinin tikinti üçün yararlılığı və kommunikasiya xətləri ilə təminatı məsələləri diqqətə alınaraq, aidiyyəti komissiyada qanunvericiliyə uyğun müvafiq qərar qəbul olunduqdan sonra məlumat veriləcək”.

Zaira Akifqızı
Globalinfo.az