ag ev

Vaşinqton Ukraynaya hərbi yardım göstərdiyi üçün ABŞ-ın sursat ehtiyatı tükənir.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib .

“Prezident Co Baydenin administrasiyası vəzifəyə gəldikdən sonra müəyyən etdi ki, artilleriya atəşi üçün istifadə edilən standart NATO sursatı olan 155 sursatın ümumi ehtiyatı nisbətən azdır”, – o bildirib.

Sallivanın sözlərinə görə, sursat ehtiyatları məqbul səviyyəyə çatdırmaq aylar deyil, illər çəkəcək.

“Prezident Bayden Pentaqona ABŞ-ın istənilən münaqişədə, istənilən vaxt ehtiyac duya biləcəyimiz bütün döyüş sursatlarını istehsal etmək qabiliyyətini genişləndirmək üzərində sürətlə işləməyi əmr etdi. Biz hər ay döyüş sursatı təchizatı imkanlarımızı artırırıq”, – Sallivan vurğulayıb.

Paylaş: