Çinli hakerlər yalnız ABŞ rəsmilərinin e-poçt hesablarını sındırmaqla məxfi olmayan məlumatları əldə edə biliblər.
Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bu barədə bazar günü CNN telekanalında bildirilib.
“Bu işdə müdaxilə Microsoft bulud sisteminə olub” – Sallivan deyib.
Bundan başqa, o bildirib ki, haker bu sistemə, sonra isə onun vasitəsilə ABŞ dövlət işçilərinin məxfi olmayan poçt hesablarına daxil oldular:
“Mən vurğulayıram ki, bunlar məxfi olmayan poçt hesabları idi. Onlar heç bir məxfi məlumat ala bilməyiblər”.
“Əslində bu haker ABŞ hökuməti tərəfindən ifşa edilib. Və biz bunu bacardıq, çünki son bir neçə ildə biz kibermüdafiəni gücləndirmişik”, – Sullivan əlavə edib.