Azərbaycanda səfərdə olan İsrailin müdafiə naziri Yaov Qallant Dənizkənarı Bulvardan paylaşım edib.
Globalinfo.az xəbər verir ki, Qallant tviter hesabında bulvarda səhər qaçışından bir foto paylaşaraq Azərbaycana səfərini uğurlu adlandırıb.
“Bakıdan sabahınız xeyir. Bir gündə başladı və bitdi. Azərbaycana səfərim qısa və uğurlu oldu”, – o bildirib.
Qeyd edək ki, İsrailin müdafiə naziri səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, müdafiə naziri Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyevlə görüşüb.
Ayşən Mustafa
Globalinfo.az