oqtay dilare

Bu gün Əməkdar artist Dilarə Əliyevanın 50 yaşı tamam olur.

Globalinfo.az bildirir ki, yubileyi ilə bağlı “Qafqazinfo”ya açıqlama verən aktrisa əlamətdar günü təntənəli şəkildə qeyd etməyəcəyini deyib: “Doğum günümü xüsusi qeyd etmirəm. Hətta elə olub ki, ad günüm canlı yayıma düşüb, heç bildirməmişəm. İndi instaqram və s. var. Hər kəs oradan xəbər tutur”.

D. Əliyeva bildirib ki, həyat yoldaşı Oqtay Əliyevin ona hazırladığı yubiley tədbiri alınmayıb: “Oqtay düşünürdü ki, ad günümü başqa cür təşkil etsin. Həmin o plan alınmadığı üçün Oqtay təbiətin üzünə durub. Deyir ki, hamıya de ki, 50 illik bu il yox, gələn il olacaq (gülür-red.)

MyCollages%20 %202022 10 27T134203 675

Aktisa doğum günündə aldığı ən dəyərli hədiyyəni açıqlamayıb: “Hədiyyələr almışam, amma heç vaxt bunu açıqlamıram. Hədiyyə diqqətdir, sevgidir. Onu mənə təqdim edən insan vaxt ayırır, gedir onu seçir. Mən hədiyyələr arasında necə seçim edim ki… Bu, düzgün olmaz”.

Əməkdar artist övladlarının ona etdiyi təbrikdən söz açıb: “Qızlarım məni gecə ilə təbrik etdilər. Videotəbrik hazırlamışdılar. O videoları qürur, xoşbəxtlik göz yaşları ilə izlədim”.

big 144187161355f136fd2d9d8

D. Əliyeva 50 yaşın heç nəyi dəyişmədiyini bildirib: “Özümü o yerə qoymuram. Təbii ki, yaş öz sözünü deyir. Özümüzü elə hiss etsək də, etməsək də təbiətin gedişatı var. Düşünürəm ki, insan əgər olduğu yerdə xoşbəxtdirsə, sevgi və qayğı ilə əhatələnibsə, ətrafı, cəmiyyət üçün faydalıdırsa, gözəl işlər görə bilirsə, o yaşın necə gəlib-getdiyini hiss etmir. Çünki sənin üçün heç nə dəyişmir. Bu kimi şeylər sənə yaşlandığını görməyə imkan vermir. Demirəm ki, cavan qalmışam. Amma ən azından deyib-gülürəm, oynayıram, sevinirəm və s”.

Qeyd edək ki, Oqtay və Dilarə cütlüyünün iki qız övladı, bir nəvəsi var.

284359997 334530668809584 1267311051850964085 n
Screenshot 2
Screenshot 3
194325 crdjsdqq2q
981980 01

Paylaş: