Rusiyanın Novosibirsk şəhərində yüngülmühərrikli “Cessna” təyyarəsi Novosibirsk şəhərinin Zaeltsovski rayonunda Severnı şəhər hava limanı yaxınlığında meşəyə sərt eniş edib.
Globalinfo.az xəbər verir ki, qəza zamanı 3 nəfər xəsarət alıb.
Rusiyanın Səhiyyə Nazirliyinin regional bölməsindən bildirib ki, ilkin olaraq təcili yardım həkimləri zərərçəkənlərin vəziyyətini yüngül və orta ağır qiymətləndirib”.
Xəsarət alanların ikisi xəstəxanaya yerləşdirilib, biri isə tibb müəssisəsinə yerləşdirməkdən imtina edib.