Vigen Sargsyan 2.10.2023

Ermənistanın keçmiş müdafiə naziri Vigen Sərkisyanın beynəlxalq axtarışa verilməsi üçün proses başladılıb. 

Globalinfo.az xəbər verir ki, bununla bağlı Ermənistan prokurorluğu məlumat yayıb.

Sərkisyan 2016-2018-ci illərdə Ermənistan ordusunda hərbi qulluqçu kimi qeydiyyatda olmayan, uçota alınmayan, sonradan siyahıya əlavə edilən 29 nəfərə qeyri-qanuni şəkildə mənzillərin verilməsində günahlandırılır.

Məsələ ilə bağlı keçmiş nazirə qarşı ittiham irəli sürülüb, başladılmış cinayət işi üzrə təqib dayandırılıb və Sərkisyan beynəlxalq səviyyədə axtarışa verilib.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: