64ada6148973e64ada6148973f168910184464ada6148973b64ada6148973d

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Globalinfo.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu hava limanında Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər qarşılayıblar.

Paylaş: