“Viktoriya” stadionunda oynanılan görüş Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Son nöqtəni isə əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə Yassin Benzia qoyub.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu cütün qalibi II təsnifat mərhələsində “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.
***
Matçda hesab bərabərləşib.
Bildirilib ki, 58-ci dəqiqədə Ağdam klubunun hücumçusu Redon Cica tarazlığı bərpa edib – 1:1.
***
“Linkoln” və “Qarabağ” oyununda hesab açılıb.
25-ci dəqiqədə meydan sahibləri Kike Qomesin qolu ilə önə çıxıblar.
***
Cəbəllütariqdə “Linkoln” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat ilk oyunu başlayıb.
Globalinfo.az-ın məlumatına görə, “Viktoriya” stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürüb.
Qeyd edək ki, komandaların cavab matçı iyulun 19-da Bakı Olimpiya Stadionunda olacaq.