Culfada avtomobil aşdı – Xəsarət alanlar var

Culfada avtomobil aşdı - Xəsarət alanlar var

Culfa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əlincə kəndində qeydə alınıb.

Avtomobilin aşması nəticəsində Culfa rayon Bəyəhməd kənd sakini, 1994-cü il təvəllüdlü Allahverdiyev Təbriz Elşad oğlu və Şahbuz rayon sakini, 1977-ci il təvəllüdlü İbrahimova Sevinc Baxşəli qızı xəsarət alıb.

Zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.