İraqın şimalında Türkiyənin “Pençe-Şimşek” əməliyyat zonasında 2 əsgəri şəhid olub.
Globalinfo.az xəbər verir ki, terrorçuların açdığı atəş nəticəsində əsgərlər Həsən Taş və Furkan Günərgök ağır yaralanıblar.
Hər iki əsgər xəstəxanaya yerləşdirilsələr də, həyatlarını xilas etmək mümkün olmayıb.