FotoJet 58

Sərbəst güləş üzrə Olimpiya və Avropa çempionu, dünya çempionatının mükafatçısı Toğrul Əsgərovun gözlənilən təyinatı baş tutub.

Globalinfo.az Prosport.Az-a istinadən xəbər verir ki, 30 yaşlı idmançı trikosunu çıxararaq məşqçiliyə başlayıb.

O, qızlardan ibarət U-17 və U-20 millilərimizə böyük məşqçi təyin olunub. Əslində demək olar ki, o çoxdan bu vəzifəni icra edirdi. Sadəcə, təyinat yenicə rəsmiləşib.

Qeyd edək ki, T. Əsgərov hazırda həmin millilərlə Göygöldə təlim-məşq toplanışında iştirak edir.

43e5ded5 6581 447b b31e 0503ce3433e6 44484 920 485 100 wm right bottom 100 imageswmpng

Paylaş: