pentagonn

Pentaqon Ukraynaya yeni yardım paketini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, yardım paketinin bir hissəsi olaraq Ukraynaya mübahisəli kaset sursatlarının göndəriləcəyi bəyan edilib.

Yardıma 32 “Bradley” piyada döyüş maşını, 32 “Stryker” zirehli transportyoru, “Patriot” və HIMARS hava hücumundan müdafiə sistemləri üçün əlavə sursat, həmçinin “Stinger” və “Javelin” zenit sistemləri daxil olacaq.

Yeni hərbi yardım paketində müxtəlif mərmilər (105 və 155 mm), o cümlədən artilleriya qurğuları üçün DPICM kaset sursatları, həmçinin “Penguin” pilotsuz uçuş sistemləri də olacaq.

“Yeni 800 milyon dollarlıq yardım paketinə kaset sursatları da daxil olmaqla 155 mm-lik artilleriya mərmiləri daxildir”,- deyə ABŞ Müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kol bildirib.

Kaset sursatları partlama zamanı bir-birindən ayrılan onlarla kiçik bombadan ibarətdir və qadağandır, çünki partlamamış bombalar döyüş əməliyyatları başa çatdıqdan sonra illərlə mülki əhali üçün risk yarada bilər.

Qeyd edək ki, 2010-cu ildə kasetli sursatlar haqqında konvensiya qüvvəyə minib. O, tərəflər və ya imzalayan 123 dövlətdə onların istifadəsini, istehsalını və yığılmasını qadağan edir. Bununla belə, nə Rusiya, nə də Ukrayna sənədi imzalamayıb.

Paylaş: