hava iyun 1 scaled

Həftəsonu Bakıda və Abşeron yarımadasında günəşli və isti hava şəraiti müşahidə olunacaq, mülayim cənub-şərq küləyi əsəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, havanın temperaturu günorta saatlarında 35-38 dərəcə, bəzi yerlərdə 40 dərəcə isti, Naxçıvan Muxtar Respublikasında, mərkəzi Aran rayonlarında da isti və günəşli hava şəraiti müşahidə olunacaq. Maksimal temperatur günorta saatlarında 35-38 dərəcə, bəzi yerlərdə 41 dərəcə isti olacaq. Ən sərin hava şəraiti Respublikanın dağlıq ərazilərində – Daşkəsən, Gədəbəy, Göygöl rayonlarında və Lənkəran-Astara bölgəsinin dağlıq ərazilərində günorta saatlarına 25-30 dərəcə isti olacaq.

Paylaş: