Pakistanda yerləşən, dünyanın ən hündür zirvələrindən biri olan Nanqaparbatı fəth etmək istəyərkən ölümlə üz-üzə qalan alpinist Asif Bhatti xilasedicilərin köməyi ilə 1-ci düşərgəyə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı alpinist Şehroz Kaşif öz Tvitter səhifəsində yazıb.
Azərbaycanlı alpinist İsrail Aşurlının da iştirak etdiyi xilasetmə işləri ilə 7 300 metr hündürlükdə köməksiz vəziyyətdə qalan Asif Bhatti xilas edilib.
