sehidler

“Bəziləri Ağdam şəhidlərinin sayı ilə bağlı ağlına gələn rəqəmi deyir, amma əmin olun, Aqil Abbas bu məsələdə haqlıdır”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Ağdam özünümüdafiə batalyonunun keçmiş komandiri, şəhid atası Hacı Əkbər Rüstəmov deyib.

“Özüm müharibə iştirakçısıyam, bu işin içində olub, görmüş adamam. Aqil Abbas hələ az deyib. Ağdamlı şəhidlərin sayı daha çoxdur. O dövrdə A.Abbas tez-tez səngərə yanımıza gəlirdi. Özü də jurnalistdir, məlumatlıdır”, – Hacı Əkbər Rüstəmov vurğulayıb.

Qeyd edək ki, Milli Məclisin deputatı Aqil Abbas ağdamlı şəhidlərin sayının 6000 olduğunu, hərbi ekspert Ədalət Verdiyev isə Birinci Qarabağ müharibəsində Ağdamın 1029 şəhid verdiyini bildirib.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: