Putindən Ukraynanın 4 bölgəsi ilə bağlı QƏRAR

Putindən Ukraynanın 4 bölgəsi ilə bağlı QƏRAR

2023-cü il sentyabrın 10-da Rusiyada keçirilməsi planlaşdırılan parlament və  qubernatorluq seçkilərində Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətləri də iştirak edəcək.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova Prezident Vladimir Putinlə görüşündə açıqlayıb.

E.Pamfilova bu dörd bölgənin rəhbərlərinin də seçkilərdə iştirak üçün müraciət etdiyini bildirib. O, Federal Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyi ilə bu mövzuda məsləhətləşmələrin aparıldığını, məsələnin araşdırıldığını və bu istiqamətdə müsbət qərar verildiyini deyib.

Qeyd edək ki, Ukrayna bu məsələyə hələ də rəsmi münasibət bildirməyib.

Ayşən Mustafa
Globalinfo.az