Moskva vilayət məhkəməsi 2014-cü ildə neft və qaz sənayesi üçün reagentlər istehsal edən “Sintez” şirkətinin şəriki Nikolay Martınovun qətli ilə bağlı hökm çıxarıb.

Globalinfo.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Cinayətin təşkilatçısı öldürülən şəxsin biznes ortağı Anton Eroxin olub. Onun tutduğu killerin isə keçmiş QRU polkovniki Gennadi Korotenko olduğu üzə çıxıb.

Polkovniki isə cinayət yerindən tapılan günəbaxan tumu ələ verib. Məhkəmə ekspertizası günəbaxan tumunda qatilin DNT-sini tapıb.

Məhkəmə Anton Eroxini 15, Gennadi Korotenkonu isə 16 il müddətinə azadlıqdan məhrum edib

Paylaş: