“Vaqner”in “gizli generalı” haradadır? – Müəmma

"Vaqner"in "gizli generalı" haradadır? - Müəmma

“Vaqner” üsyanından sonra Rusiya və Qərbdə nəşrlər general Sergey Surovikinin taleyini aktiv şəkildə müzakirə edirlər.

Globalinfo.az xəbər verir ki, general üsyançılara silahı yerə qoymaqla bağlı ilk çağırış edənlərdən biri olsa da, nəşrlər onun əvvəlcədən məsələdən xəbərdar olduğunu iddia edirlər.

Bununla belə, generalın üsyanın qarşısını almaq üçün cəhd göstərmədiyi bildirilir.

Məsələ burasındadır ki, Surovikin Priqojinlə yaxşı münasibətlərə sahibdir, o həmçinin “Vaqner”in “fəxri üzvü”dür. Üsyançılar yeni müdafiə naziri kimi onun da namizədliyini nəzərdən keçiriblər.

Təsadüfi deyil ki, üsyanın yatırılmasından sonra general gözdən itib. Bu amil onun həbs edilməsi iddialarını da gündəmə gətirib.

Tamerlan Yayaqan
Globalinfo.az