Biləsuvar rayonunda fərdi yaşayış evində yanğın olub.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb.
Belə ki, hadisə 1959-cu il təvəllüdlü Nabil Şahmarova məxsus fərdi yaşayış evində baş verib.
Dam örtüyündən başlayan yanğına ailə üzvləri müdaxilə ediblər.
Yanğın yerinə Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub.
Hadisədə 1997-ci il təvəllüdlü X.Şahmarova və ev sahibi yanıq xəsarətləri alıb.
Vəziyyəti ağır olan 26 yaşlı qadın Bakı şəhərindəki Yanıq Mərkəzinə göndərilib.