Xəbər verdiyimiz kimi, iyunun 26-da gecə saatlarında Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yeni Kərki kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az xəbər verir ki, qəza zamanı ölənlərin sayı 8-ə çatıb, xəsarət almış daha 2 nəfərin vəziyyəti ağır olaraq qalıb.
Hazırda hər iki şəxsin müalicəsi Naxçıvan şəhər Mərkəzi Xəstəxanasında davam etdirilir.