muellimler

“Sertifikasiya imtahanlarından sonra əməyin differensial qiymətləndirilməsi ilə bağlı müraciətlərin sayının çox olduğunu nəzərə alaraq bildirmək istərdik ki, maaşların artımı sisteminin daha da təkmilləşdirilməsi vacibdir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov deyib.

vuqar bayramov ela

Vüqar Bayramov

O bildirib ki, məsələ ilə bağlı bir sıra təkliflərini ötən ay “Təhsil haqqında” Qanuna edilən dəyişikliklər layihəsinin müzakirəsi zamanı təqdim edib:

“Elm və Təhsil Nazirliyi tərəfindən əməyin keyfiyyət meyarları əsasında qiymətləndirilməsi təqdirəlayiqdir və bu məsələdə tam dəstəyimizi nümayiş etdiririk. Bununla yanaşı, sertifikasiya imtahanlarının nəticələrinə uyğun olaraq əməkhaqqı artımları üzrə faizlərin tam differensial ölçülməsi vacibdir. Mövcud qaydalara əsasən, 30 və 50 bal aralığında nəticə göstərən müəllimlərin əməkhaqlarına 10 faiz əlavələr olunur. 51 bal və ya daha yüksək nəticə göstərən müəllim hər ay 35 faiz əlavədən istifadə edə bilir”.

Deputat deyib ki, təklifləri differensial intervalları daha da genişləndirməklə bağlıdır:

“Praktik olaraq 50 bal yığmış müəllimin əməkhaqqı artımı 30 bal yığmış müəllim ilə eynidir. Yəni, sualların 83.3 faizinə düzgün cavablandıran müəllim 50 faiz doğrusu olan ilə eyni əməkhaqqı artımından faydalana bilir: 10 faiz əlavə artım. Digər tərəfdən, sualların hammısını cavablandıranla 51 doğrusu olanın da əməkhaqqı artımı eynidir.

Bu baxımdan, aşağıdakı formulanı təklif etmək istərdik:

Əməkhaqqı artımı: 30-35 bal arası nəticəsi olan müəllimlərimiz üçün 10 faiz, 35-40 bal toplayanlar üçün 15 faiz, 40-45 bal toplayanlar üçün 20 faiz, 45-50 faiz arası bal toplayanlar üçün 30 faiz, 50-55 arası balı olanlar üçün 35 faiz, 50-60 arası nəticəsi olanlar üçün 40 faiz.

Bu əməyin daha ədalətli qiymətləndirilməsinə imkan yaratmaqla yanaşı, müəllimlər arasında daha yüksək elm və təhsilə təşviqin gücləndirilməsinə səbəb ola bilər.

Qeyd edim ki, bu təklifləri Milli Məclisin iclasında yenidən rəsmi olaraq təqdim etməyi planlaşdırıram”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: