nocomment 9ee9204172084c3e2e34b65749e22815 tp6o7uq2yg4h1jcm08nw

“44 günlük müharibədən qaçmaq olardı, lakin bunun üçün Qarabağın Azərbaycan torpağı olmamasına dair erməni baxışından əl çəkmək lazım idi”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni araşdıran istintaq komissiyasında dindirilmə zamanı deyib.

“Biz Qarabağı Azərbaycanın hüdudlarından kənarda görmədiyimizi deyə bilərdik, amma bunun da döyüşlərin qarşısını nə dərəcədə ala biləcəyi sual doğurur. Daha öncə də danışıqlar prosesində Azərbaycan və Ermənistan icmalarının Qarabağda məskunlaşdıırlması, sərhədlərin delimitasiya və demarkasiyası, Laçın dəhlizi kimi kəsişmə nöqtələri vardı. Bir sözlə, müharibədən qaçmaq üçün prosesə erməni yanaşmasından əl çəkmək lazım idi”-deyə, o bildirib.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: