1659422730 ceyhun bayramov 1 1

“Silahlı Qüvvələrimizin şəxsi heyətinə məsuliyyətli işlərində uğurlar arzulayıram”.

Globalinfo.az xəbər verir ki, bu, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun tviter hesabında 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşımında yer alıb.

“Ordumuzun yaradılmasının 105-ci ildönümü, 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Silahlı Qüvvələrimizin şəxsi heyətini səmimi qəlbdən təbrik edir, ölkəmizin ərazi bütövlüyünün qorunması kimi məsuliyyətli işlərində uğurlar arzulayıram! Silahlı Qüvvələr günümüz mübarək!”, – nazir qeyd edib.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Azərbaycan Ordusunun yaradılmasından 105 il ötür.

Paylaş: