1687701190 646e2033733e9f821c1e4e41d27002d6untitled 1 jpg

Bakı Hərbi Məhkəməsində 1993-cü ildə Fikrət İbrahimov adlı şəxsi qətlə yetirməkdə təqsirləndirilən Nazim Bayramovun cinayət işi üzrə növbəti proses keçirilib.

Globalinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən iclasda Nazim Bayramov ifadə verib.

19e8113632ece91cafcdbeb4df22207914962525 997145987064457 3869910838986063188 n jpg

Nazim Bayramov

O, bildirib ki, Firkət İbrahimov dövlətə məxsus daş karxanasının rəhbərliyində çalışıb. Onun fəaliyyətində maliyyə pozuntuları aşkarlanıb. “Bu məsələni aydınlaşdırmaq üçün onun evinə gəldik” deyən Nazim Bayramovun sözlərinə görə, Firkət İbrahimov odlu silahla intihar etmək istəyib. Ona mane olmaq istəyərkən birinci atəş açılıb və o, ağır yaralanıb.

Nazim Bayram ikinci atəşin də ehtiyatsızlıqdan açıldığını bildirib. O, Fikrət İbrahimovu qətlə yetirmək niyyətində olmadığını deyib.

Dövlət ittihamçısı isə Nazim Bayramovun məhkəmədə dedikləri ilə istintaqa verdiyi ifadənin üst-üstə düşmədiyini bildirib.

Bundan sonra məhkəmə iyulun 10-na qədər təxirə salınıb.

1687701189 fbf2a85fe2b751baa8307809ffc5cc1d1 jpg

1993-cü ildə qətlə yetirilən Fikrət İbrahimov

Nazim Bayramov 1993-1994-cü illərdə dövlət çevrilişinə cəhd hadisələri ilə 10 ildən artıq həbsxana həyatı yaşayıb. Onun keçmiş baş nazir Sürət Hüseynovun rəhbərlik etdiyi hərbi birlikdə tank alayının komandiri olduğu bildirilir. Firkət İbrahimov da onunla birgə Sürət Hüseynovun rəhbərliyi altında fəaliyyət göstərib.

Paylaş: