Priqojin üsyanı barədə yeni iddia – ABŞ öyrənib ki…

Priqojin üsyanı barədə yeni iddia - ABŞ öyrənib ki...

“ABŞ kəşfiyyat orqanları Rusiyada hazırlanan hərbi üsyandan xəbərdar olublar”.

Globalinfo.az xəbər verir ki, bu barədə CNN anonim saxladığı mənbələrə istinad edib.

Qeyd olunur ki, “Vaqner” son günlər qüvvə və vasitələrini artırıb. Bundan sonra ABŞ kəşfiyyatı Yevgeni Priqojinin açıq şəkildə təxribata hazırlaşdığını öyrənib.

Bundan əlavə, ABŞ kəşfiyyatı Y.Priqojinin döyüş sursatının çatışmazlığı barədə bütün bəyanatlarının yalan olduğundan da xəbərdar olub.

Tamerlan Yayaqan
Globalinfo.az