
Əhali “Vaqner”in ələ keçirdiyi Rostovdan qaçır.
Globalinfo.az xəbər verir ki, Rostov-na-Donudakı stansiyalar şəhəri tərk etmək istəyənlərlə dolub.
Şəhərətrafı dəmir yolu vağzalında böyük növbələr müşahidə olunur. Avtovağzal normal rejimdə işləyir. Nəqliyyatın hərəkəti müvəqqəti bağlı olan istiqamətlərə bilet satışı dayandırılıb.
Xatırladaq ki, Rostov hazırda “Vaqner” muzdlularının nəzarəti altındadır.














