Zaur Məmmədov Daşkəsən rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin olunub.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Daşkəsən rayon İcra Hakimiyyəti başçısı Əhəd Abıyev əmr imzalayıb.
Qeyd edək ki, Z.Məmmədov bundan əvvəl Daşkəsən rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.














