“Putin səhv seçim etdi, yaxında bizim yeni prezidentimiz olacaq”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Vaqner” silahlı birləşməsinin Teleqram kanalında Rusiya Prezidetinin çıxışına cavab paylaşımında deyilir.
Qeyd edək ki, Vladimir Putin xalqa müraciət edərək “Vaqner” birləşməsinin hücumunu arxadan vurulan zərbə, hərbi çevriliş xəyanəti adlandırıb. O, rus ordusuna hücumları həyatan keçirən şəxslərin zərərsizləşdirilməsi ilə bağlı təlimat verildiyini bildirib. Putinin çıxışı birləşmənin rəhbəri Yevgeni Priqojinin ölüm hökmü kimi dəyərləndirilir.
Ayşən Mustafa
Globalinfo.az